Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycanın dövlət rəsmiləri Aktauda hadisə yerinə baxış keçiriblər - YENİLƏNİB

25 dek 2024, 16:02
Azərbaycanın dövlət rəsmiləri Aktauda hadisə yerinə baxış keçiriblər - YENİLƏNİB

Qazaxıstana ezam edilən Azərbaycanın dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerə baxış keçiriblər.

Liderxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

15:08

Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstanın Aktau şəhərindədir.

Liderxeber.az xəbər verir ki, bunlar, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.

Xatırladaq ki, qəza bu gün səhər saatlarında baş verib. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.