Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərini DSK-ya təqdim etməsinə ayrılan müddət başa çatır

24 dek 2024, 16:22
Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərini DSK-ya təqdim etməsinə ayrılan müddət başa çatır

Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi başa çatır.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməlidir.

Bu proses səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatdırılmalıdır.

"Təqvim Planı"nda namizədlərin sənədlərini təqdim etməsi üçün müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin edilib.