Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Almaniyadakı həkimlərimiz Azərbaycana qayıdır - Bölgələrdə işləyəcəklər

23 dek 2024, 16:15
Almaniyadakı həkimlərimiz Azərbaycana qayıdır - Bölgələrdə işləyəcəklər

“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayıb”.

Liderxeber.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçiriləcək:

“Xaricdə yaşayan həkimlərlə daim əlaqə saxlayırıq. İlk dəfə açıqlayım ki, Almaniyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlar aparılıb, bizə kifayət qədər dəstək olurlar. Almaniyadan gələn həkimlərin gələn ildən regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur”.

V.Qurbanov əlavə edib ki, pilot layihə çərçivəsində həkimlər 5 rayonu əhatə edən bir bölgədə çalışacaqlar: “Həkimlərin sayı və hansı bölgədə çalışmaları ilə bağlı pilot layihə işə düşəndə dəqiq açıqlama veriləcək. Söhbət ilk növbədə cərrahi tibbi xidmətin qurulmasından gedir”.

TƏBİB sədri, həmçinin gələn ilin sonuna kimi bütün ölkə ərazisində xaricdə oxuyan həkimlərin işləyəcəyinə ümid etdiyini bildirib.