Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycanda bank əməkdaşlarının investisiya fəaliyyəti məhdudlaşdırıldı

20 dek 2024, 15:03
Azərbaycanda bank əməkdaşlarının investisiya fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2021-ci il 31 avqust tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası"nda dəyişikliklər edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov Qərar imzalayıb.

Qeyd edilib ki, investisiya şirkətinin və bankın müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə investisiya xidməti ilə məşğul olan əməkdaşı mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması investisiya xidməti ilə eyni zamanda məşğul ola bilməz.

İnvestisiya şirkətinin mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması investisiya xidməti ilə məşğul olan əməkdaşı eyni zamanda investisiya məsləhətlərinin verilməsi və ya fərdi investorların portfelinin idarə edilməsi üzrə investisiya xidməti (əməliyyatı) ilə məşğul ola bilməz.

Bankın investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bütün işçiləri müvafiq ixtisas şəhadətnaməsinə malik olmalıdır.