Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib

20 dek 2024, 13:38
İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib

İki övladı olan şəxslərin hərbi xidmətə aparılmaması təklif olunub.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dekabrın 20-də keçirilən plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmır:

"Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır. Düşünün ki, iki uşaq bir il altı ay öz atasını görmür. Onsuz da həmin şəxslərin sayı elə də çox deyil. Gələcəkdə bu məsələyə baxılmalı olduğunu düşünürəm".