Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“6872 nəfər bələdiyyə seçkilərində namizəd olub”

19 dek 2024, 11:49
“6872 nəfər bələdiyyə seçkilərində namizəd olub”

“Bu bələdiyyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək”.

Liderxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminarda bildirib. 

“Bu seminar proseslərində onları maraqlandıran məqamları müzakirə edəcəyik. Bir neçə ay əvvəl biz maarifləndirmə layihəsi həyata keçirmişik. Budəfəki layihə fərqli formatda hazırlanıb. Əvvəlki seçkilərdə əldə olunan təcrübəyə geniş yer verəcəyik. Məlumdur ki, bələdiyə seçkilərində 685 bələdiyyə üzrə 8 min 71 üzv seçiləcək. Ümid edirik ki, bu gün keçirilən seminar məhsuldar olacaq”, - deyə R.Qasımov söyləyib. 

Sədr müavini bildirib ki, bu saatlara olan məlumata görə, 6872 nəfər bələdiyyə seçkilərində namizəd olub: “3500-ə yaxın şəxs 21-35 yaş aralığını əhatə edir. 350-ə yaxın şəxsin namizədliyi qeydə alınıb”.

Rövzət Qasımov, həmçinin qeyd edib ki, bu bələdiyyə seçkiləri bir çox məqamlara diqqət yetirdikdə, əvvəlkilərdən fərqlənir: “Seçkidən öncə bələdiyyələrin fəaliyyətini daha təkmil həyata keçirməsi üçün addımlar atıldı. Burada fərqli məqamlardan biri də siyasi partiyaların daha mütəşəkkil qaydada bu seçki prosesinə qoşulma niyyətidir. 13 siyasi partiya öz səlahiyyətli nümayəndəsini MSK-da qeydiyyatdan keçirib və onların seçkidə namizəd kimi qeydə alınması üçün dairə seçki komissiyalarına müraciət edib”.