Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“Bu qədər insanı işsiz qoymaq olar?” - “Keşlə” bazarı sökülür

19 dek 2024, 11:42
“Bu qədər insanı işsiz qoymaq olar?” - “Keşlə” bazarı sökülür

“Keşlə” bazarında işləyən şəxslərə yanvarın 1-nə qədər bazardakı malları çıxarmağı və ərazini təhvil verməyi tapşırıblar.

Liderxeber.az xəbər verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar.

Onlar bu müddətin bazardan çıxmağa kifayət etməyəcəyini bildirərək, ən azı 4 ay uzadılmasını istəyirlər: “Bizə deyiblər ki, bura 1 həftəyə boşaldılmalıdır. Mən o mağazanı bu vaxt ərzində necə boşaldım? 3-4 banka kredit ödəyirəm. Evdə otura-otura o krediti necə ödəyim?”

İcarədarlar bazarda 2 min adamın işlədiyini deyir və onlara yeni yer verilməsini istəyirlər: “120 ton nar vurmuşam. Mən o narı nə edim? Heç olmasa, yer versinlər, mart ayına kimi müddəti artırsınlar, malımızı sataq, sonra çıxaq”.

“Keşlə” bazarının ərazisinə nəzarət edən şəxs isə bildirir ki, onlara da məlumat elə dünən verilib.

Bazarın sökülməsinə səbəb isə yeni avtomobil yolunun tikintisinin başlamasıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib, rəhbərlik məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.