Son Xəbərlər
Gürcüstanda sabitliyin pozulması və ya bu kimi təhlükə Gürcüstan üçün olduğu
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qrantla qidalananların və qrant
Milli Məclisdə birinci oxunuşda müzakirə olunmuş "Hərbi vəzifə və hərbi
Əhalinin banklardakı əmanətləri artıb. Liderxeber.az Mərkəzi Bankın məlumatına
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) sağlamlıq turizminin inkişafını
Bakıda və Abşeron yarımadasında dekabrın 19-da arabir yağıntılı olacağı
Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır,
banner

Azərbaycanda sağlamlıq turizminin inkişafı ilə bağlı işçi qrupu yaradılıb

18 dek 2024, 13:14
Azərbaycanda sağlamlıq turizminin inkişafı ilə bağlı işçi qrupu yaradılıb

Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) sağlamlıq turizminin inkişafını sürətləndirmək məqsədilə dövlət və özəl sektor nümayəndələrinin, həmçinin ictimai birliklərin iştirakı ilə xüsusi işçi qrupu yaradıb.

Liderxeber.az xəbər verir ki, bu barədə DTA-nın sədri Fuad Nağıyev “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işçi qrupunun əsas məqsədi sağlamlıq turizmi sektorunda mövcud problemləri müəyyənləşdirmək, onların həlli yollarını təklif etmək və qarşılıqlı fəaliyyətin effektivliyini artırmaqdır.

F. Nağıyev bildirib ki, işçi qrupunun fəaliyyətində Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumların nümayəndələri də iştirak edəcək: "Qrup sağlamlıq və tibbi turizm sahələrində idarəetmə, infrastrukturun təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin tətbiqi kimi məsələlər üzərində iş aparacaq.

Azərbaycanın sağlamlıq turizmi potensialı genişdir və bu imkanlardan səmərəli istifadə üçün əlaqəli yanaşma tələb olunur. İşçi qrupunun yaradılması bu sahədə strateji inkişafın təmin edilməsinə yönəlmiş əhəmiyyətli bir addımdır”.

O əlavə edib ki, işçi qrupu Azərbaycanın sağlamlıq turizmi imkanlarının beynəlxalq tədbirlərdə tanıdılmasını və xarici investisiyaların cəlbini də prioritet istiqamət hesab edir.

F. Nağıyev vurğulayıb ki, Azərbaycanın Naftalan, Naxçıvan, Kəlbəcər və Laçın bölgələri müalicəvi resursları ilə beynəlxalq bazarda tanınmaq üçün böyük potensiala malikdir: "İşçi qrupunun fəaliyyəti çərçivəsində müntəzəm olaraq sektorun inkişafı ilə bağlı təkliflərin hazırlanması və tətbiqi nəzərdə tutulur".