Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

"Bolt" sürücüləri NARAZIDIRLAR: Xidmət haqqı qalxdı, gəlirlər azaldı

16 dek 2024, 18:10
"Bolt" sürücüləri NARAZIDIRLAR: Xidmət haqqı qalxdı, gəlirlər azaldı

Son günlər sosial media platformalarında "Bolt" taksi xidməti ilə bağlı ciddi narazılıq müzakirə mövzusudur.

Liderxeber.az xəbər verir ki, sürücülər iddia edirlər ki, şirkət komissiya haqqını 30%-ə qədər artırıb və bu da onların gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

"Bolt"un xidmət haqqı artıq 33%-ə çatıb. Komissiya olduğu kimi qalır, xidmət haqqı isə qalxıb. Əvvəllər 10 manatlıq gediş haqqına görə 30 qəpik tuturdularsa, indi bu məbləğ üç manata qədər artıb. Özlərinə deyəndə isə deyirlər ki, o pul sizin deyil. Guya normalda sifarişinizin qiyməti, məsələn, altı manatdırsa, onlar yeddi yazırlar və bizdən tutduqları həmin o bir manatdır. Əslində isə belə olmadığını bütün taksi sürücüləri bilirlər. Əvvəllər hər 10 manatlıq sifarişə görə şirkətə bir manat ödəyirdiksə, indi bu rəqəm üç manata çatıb", - deyə sürücü şikayətlənib.

"Bolt" sürücüləri hesab edirlər ki, şirkət süni şəkildə xidmət haqqını artırır və bunun müştərilərin ödədiyi məbləğə heç bir aidiyyəti yoxdur.

"Bolt Azərbaycan" şirkətindən sorğusuna cavab olaraq bildirildi ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.

"Azərbaycanda minlərlə sürücü "Bolt"un tətbiqi vasitəsilə həm yerli sakinlərə, həm də ölkəmizin qonaqlarına xidmət göstərir. Şirkət olaraq, sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması üçün mütəmadi olaraq məlumatlandırma aparırıq.Ümumilikdə qeyd etmək istərdik ki, "Bolt" komissiya dərəcəsini dəyişdirmək hüququna malikdir. Bununla yanaşı, sürücülər də istədikləri zaman platformaya qoşulmaq və ya fəaliyyəti dayandırmaq hüququna sahibdirlər. Biz isə sürücülərin ehtiyaclarına hörmətlə yanaşır və bu cür dəyişikliklər barədə onları əvvəlcədən məlumatlandırırıq", - deyə açıqlamada vurğulanır.

"Bolt" sürücülər üçün əməkdaşlıq şərtlərini yaxşılaşdırmağa və gəlir səviyyəsini artırmağa çalışır. Bazar tələblərini nəzərə alaraq, onlar üçün optimal təkliflər hazırlayırıq ki, daha çox qazanc və kifayət qədər sifariş qəbul edə bilsinlər.

Sorğunuzla bağlı bildiririk ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.