Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycanda qonşu torpaq sahibləri 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər

16 dek 2024, 15:01
Azərbaycanda qonşu torpaq sahibləri 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər

Azərbaycanda qonşu torpaq sahibləri 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər.

Liderxeber.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, 25 hektardan yuxarı torpaq sahələrinin 1 %-i xüsusi kənd təsərrüfatı infrastrukturlarının, o cümlədən soyuducu anbarların, emal müəssisələrinin və digər obyektlərin inşası üçün istifadə edilə biləcək.

F. Tağıyev bildirib ki, kənd təsərrüfatı torpaqlarının qorunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tikintiyə icazə verilməsi qaydaları kənd təsərrüfatı sektorunda investisiya mühitini daha əlçatan edəcək və fermerlərin istehsal imkanlarını genişləndirəcək.

"Hökumət tərəfindən təsdiqlənmiş standartlara uyğun olaraq həmin torpaq sahələrində lazımi infrastrukturu qurmaq mümkün olacaq. Eyni zamanda, dəyişikliklər kiçik torpaq sahiblərini torpaqlarını birləşdirməyə təşviq edəcək. Belə ki, bir və ya iki hektar torpaq sahəsinə malik olan qonşu torpaq sahibləri ümumilikdə 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər. Bu yanaşma kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsini təmin edəcək və ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək", - deyə o vurğulayıb.