Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Qərbi Azərbaycan İcmasında gənclərlə görüş keçirilib - FOTO

14 dek 2024, 21:08
Qərbi Azərbaycan İcmasında gənclərlə görüş keçirilib - FOTO

Gənclərlə Vətənə Qayıdış: Keşkənd və Paşalı İcmalarının gəncləri ilə görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, Qərbi Azərbaycan həqiqətlərinin gənclərə çatdırılması və onların tarixi torpaqlara qayıdış istiqamətində rolununun artırılması məqsədilə keçirilən tədbirdə əsasən Keşkənd və Paşalı rayonlarından olan gənclər iştirak edib.

Tədbir Dövlət Himni ilə açıq elan olunub, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli ötən əsr ərzində Qərbi azərbaycanlıların deportasiyalarını xatırladıb, onların bu gün öz doğma yurdlarına qayıdış uğrunda əzmlə mübarizə apardığını vurğulayıb. 

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun əhəmiyyətini, bununla bağlı onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Gənclərin doğma torpaqlarımıza qayıdış uğrunda görülən işlərin mühüm komponenti olduğunu, İcma tərəfindən həyata keçirilən tədbirlər və layihələrdə iştiraklarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov Azərbaycan gəncinin hər zaman fəal olduğunu, irili-xırdalı bütün tədbirlərdə gənclərin təkanverici qüvvəsinin əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Deputat Qərbi Azərbaycanla bağlı aparılan işlərdə, tariximizin nəsildən-nəslə ötürülməsində gənclərin rolunun əhəmiyyət daşıdığını bildirib. 

Tədbirdə çıxış edən Aqrar elmləri üzrə fəlsəfə doktoru, Paşalı İcmasının sədri, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnsititunun direktoru Faiq Xudayev, Qərbi Azərbaycan İcmasının Keşişkənd icma sədrinin müavini Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcmasının Aparatında koordinator, Keşkənd rayon İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquluyev çıxışlarında gəncləri bu müqəddəs amal uğurunda və ümummilli məsələdə daha fəal olmağa çağırıblar.

Daha sonra Qərbi Azərbaycan İcmasının Aparatında koordinator, Keşkənd rayon İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquluyev gənclərlə işin təşkili, İcma tərəfindən həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakı və gələcək fəaliyyətlərə dair prezentasiya ilə çıxış edib.

Gənclərdən - Qərbi Azərbaycan İcmasının üzvü, Binəqədi rayon İcra Hakimiyyəti Aparatında Baş məsləhətçi Ziba Nəcəfova, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubayda prestijli universitetdə təhsil alan Nicat Rəhimov Qərbi Azərbaycanda doğulmasalar da, o yerləri görməsələr də, mənsub olduqları bölgənin tarixi, coğrafiyası, mədəniyyəti ilə bağlı daim tədqiqat axtarışında olduqlarını, ailələrində eşitdikləri xoş xatirələri və bu yolda bütün beynəlxalq müstəvilərdə, sosial media şəbəkələrində elmi-praktiki mübarizə apardıqlarını, doğma yurda qayıdışın yaxın olduğuna inandıqlarını bildiriblər.

Tədbirdə gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Ziyalılar və gənclər arasında geniş müzakirələr aparılb, suallar cavablandırılaraq, təkliflər dinlənilib.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasında gənclər arasında Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması və tarixi torpaqlara qayıdış arzularının möhkəmləndirilməsi baxımından mütəmadi olaraq müxtəlif İcmaların gəncləri ilə görüşlər təşkil olunur.