Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“Ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə təhsil almağa gedir”

13 dek 2024, 17:17
“Ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə təhsil almağa gedir”

Azərbaycan vətəndaşı olan tələbələrə hərbi xidmətdən möhlət üçün xaricdə hansı ali məktəblərin daha çox arayış təqdim etdiyi açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev danışıb.

“İndi oxumaq istəyənlər harada və necə oxuyurlar bunu qeyd etmək istərdim. Bizim bazada təhsilini davam etdirmək üçün çağırışa möhlət verilənlərin statistikası var. Burada birinci yerdə Türkiyədir. Ümumi möhlət verilənlərdən 60 %-i Türkiyədə, 11,8%-i Rusiyada, 6,8%-i Polşada, 6%-i Ukraynada, 2,6%-i Almaniyada, 2%-i Gürcüstanda, 1,6%-i ABŞ-da, 1,3%-i Böyük Britaniyada təhsil almağa gedir.

Digər ölkələrin ali məktəbləri ilə bağlı bu göstərici 1 %-dən aşağıdır. Amma iki təhsil müəssisəsinin adını çəkmək istərdim. 2022-ci ildə təhsil arayışı təqdim edənlərin sayına görə Kütahya Dumlupınar Universiteti birinci yerdə olub. 2023-cü ildə isə 374 Gümüşhanə Universiteti ilə birinci yerdə olub. Deyə bilərik ki, Türkiyədə reytinqi yüksək olan ali təhsil müəssisələri var. Yaxşı universitetlərə təhsil almağa gedənlərin sayı çox azdır”, - deyə idarə rəisi bildirib.