Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Ehtiyatda olanlar əsgərliyə çağrılacaq - Qanun

10 dek 2024, 15:27
Ehtiyatda olanlar əsgərliyə çağrılacaq  - Qanun

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, bu məsələ parlamentin dekabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına aşağıdakı qaydada çağırıla bilərlər:

- birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə iki ayadək müddətə beş dəfəyədək, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər isə hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

- ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə iki ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

- üçüncü dərəcəli ehtiyatda olanlar - bir ayadək müddətə bir dəfə.

Qanun layihəsinə əsasən, ehtiyatda olan birinci dərəcəli uçuş heyəti bu maddədə göstərilən hərbi təlim toplanışları ilə yanaşı, birinci dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər dəfə 40 günədək müddətə beş dəfəyədək toplanışa çağırılacaqlar.

Dəyişikliyə görə, toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan, ehtiyatda olan digər hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti isə 18 aydan çox ola bilməz.