Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

Bakı metrosunda 10 dəqiqəlik intervalın səbəbi açıqlandı

04 dek 2024, 09:33
Bakı metrosunda 10 dəqiqəlik intervalın səbəbi açıqlandı

"Hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem yoxdur.

Yaranan problemin xüsusiyyəti yenə də sərnişin sıxlığından və qatarlara minib-düşmə prosesinin ləngiməsindən, qapıların saxlanması nəticəsində qatarların stansiyanı gec tərk etməsi səbəbindən formalaşıb".

Bu açıqlamanı Liderxeber.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliten" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.

O qeyd edib ki, dispetçerlər əsasən tənzimlənməni və interval pozuntularının qarşısını almaq üçün mümkün bütün tədbirləri görürlər.

"İkinci vacib məqam, stansiyada və yaxud tuneldə qatarın normadan artıq dayanmasdır. Qatarın stansiyanı vaxtında tərk edə bilməməsi nəticəsində intervalda da problemlər yaranır. Çünki qatarların xətlərdə hərəkətinə icazə verən sistem müəyyən məsafədən sonra digər qatarın yaxınlaşmasına, hətta maşinist istəsə belə, imkan vermir.

Bu səbəbdən də qeyd olunan gözləmələr yaranır. Hazırda dispetçerlər bu gün daha çox hiss olunan yubanmaların aradan qaldırılması üçün bütün qüvvələrini səfərbər ediblər", - deyə açıqlamada qeyd olunur.

Bakı metropoliteninin işində problem yaranıb.

Bununla bağlı məlumat verilib.

Qeyd olunub ki, "Memar Əcəmi" stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb.

"Qatarlar tuneldə getdiyi qədər də hər platformada dayanır. Hər platformada ən azı 2-3 dəqiqə gözləyirlər", - deyə şikayətdə bildirilir.