Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının siyahısı açıqlandı

02 dek 2024, 18:07
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Qüvvədən düşən COP29 zolaqlarının siyahısı açıqlandı

İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş "COP29 xüsusi hərəkət zolaqları" tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən də qeyd edilən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinir. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunur və sürücülər bu zolaqlara daxil ola bilərlər.

Liderxeber.az xəbər verir ki, sorğusuya cavab olaraq AYNA "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yolları açıqlayıb.

Bildirilib ki, Zuğulba şosesi, Gülarə Qədirbəyova küçəsi, Hava limanı şosesi, Heydər Əliyev prospekti, Niyazi küçəsi, Bülbül prospekti, İstiqlaliyyət, Mehdi Hüseyn, Koroğlu Rəhimov küçələri, Salyan şosesi, Zığ şosesi, Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməsinədək, Böyükşor yol qovşağının üzəri, Y.Səfərov küçəsi ilə 28 May - Ü.Hacıbəyli küçəsinin kəsişməsinədək, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi ilə Dairəvi yol-Parlament prospekti, ​Həsən Əliyev küçəsilə Ataturk prospekti - Əhməd Rəcəbli küçələrinin kəsişməsi, ​Mirzaağa Əliyev küçəsi ilə A.Şaiq küçəsi - Azərbaycan prospektinin kəsişməsi, Mikayıl Üseynov küçəsi Azneftdən Bayraq meydanı istiqamətində, Bünyad Sərdarov küçəsi, H. Seyidbəyli-İstiqlaliyyət küçələri ilə kəsişməyədək, Həsən Seyidbəyli və N. Nərimanov prospekti - B. Sərdarov küçəsi ilə kəsişməyədək, Şeyx Şamil küçəsi Mehdi Hüseyn - İstiqlaliyyat küçəsi ilə kəsişməyədək, Xocalı prospekti Yusif Səfərov küçəsi - İzzət Orucov küçəsi ilə kəsişməyədək olan hissələrdə 5.9 yol nişanları çıxarılıb və zolaqlar qüvvədən düşüb.

Hazırda yalnız 5.9 yol nişanlarının mövcud olduğu zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.