Son Xəbərlər
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən,
Bakıda tıxac olan yollar açıqlanıb. Liderxeber.az xəbər verir ki, bu barədə
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
banner

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

02 dek 2024, 13:10
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı - SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.

Liderxeber.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.

Qeyd edək ki, Slovakiyaya qaz tədarükü “Həmrəylik Həlqəsi” (STRING) təşəbbüsü çərçivəsində həyata keçirilir. Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnyovski bu ilin may ayında bildirmişdir ki, STRİNG təşəbbüsü çərçivəsində Azərbaycan qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər.

Bu təşəbbüs çərçivəsində 25 aprel 2023-cü il tarixində Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya ("Transgaz"), Macarıstan (FGSZ), Slovakiya ("Eustream"), eləcə də Azərbaycan Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

İndiyənədək Rusiya Çexiya və Slovakiyaya qaz tranzitini Ukrayna vasitəsilə "Qardaşlıq" qaz kəməri vasitəsilə aparır. Lakin 2024-cü ilin sonunda Ukrayna vasitəsilə Rusiyadan qaz tranziti üzrə müqavilənin müddəti başa çatır.

2023-cü ildə Slovakiyada istehlak edilən qazın ümumi həcmi 45,537 teravatt/saat (4,23 milyard kubmetr) təşkil edib.