Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Vüqar Bayramov: "Azərbaycan regionda "yaşıl enerji"yə ən çox investisiya cəlb edən ölkədir"

29 noy 2024, 13:53
Vüqar Bayramov: "Azərbaycan regionda "yaşıl enerji"yə ən çox investisiya cəlb edən ölkədir"

Azərbaycan regionda "yaşıl enerji"yə ən çox investisiya cəlb edən ölkədir.

Liderxeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputatın sözlərinə görə, son illərdə ölkədə "yaşıl enerji" istehsalına 1 milyard ABŞ dollardan çox investisiya cəlb olunub: "Bu vəsait yalnız Azərbaycanda deyil, həm də regionda "yaşıl enerji" effektivliyinin artırılmasına və enerjidən səmərəli istifadəyə töhfə verib".

V. Bayramov qeyd edib ki, hazırda Azərbaycanın ümumi enerji istehlakında "yaşıl enerji"nin payı 17 %-dir: "Prezident İlham Əliyev tərəfindən müəyyən edilən hədəflərə əsasən, 2030-cu ilə qədər bu göstəricinin 35 %-ə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyalarını 40 % azaltmaq niyyətindədir".

Deputat beynəlxalq təşkilatların statistikasına istinad edərək, bildirib ki, Azərbaycanın qlobal karbon emissiyalarındakı payı 0,1 %-dən də azdır. Cari ilin ilk on ayında isə ölkədə "yaşıl enerji" istehsalı 80 % artıb.

"Həm müqayisələr, həm də rəqəmlər göstərir ki, Azərbaycan "yaşıl enerji" və enerji effektivliyinin gücləndirilməsində lider ölkələrdən biridir", - V. Bayramov vurğulayıb.