Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

Komitə sədri: Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar

29 noy 2024, 13:48
Komitə sədri: Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar

Xüsusi pasport sahibləri belə Həcc ziyarəti üçün viza almalıdırlar.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

O qeyd edib ki, sazişlə nəzərdə tutulan viza məsələsi işçi səviyyəsində olan səfərlər üçün nəzərdə tutulub.

“Mənə çox sayda suallar gəlirdi ki, Səudiyyə Ərəbistanı iki müqəddəs məkanın olduğu ölkədir və qeyd edilən saziş əsasında həmin pasport sahiblərinin aldıqları viza ilə ziyarətə getmələri mümkün olacaqmı? Sazişdə birbaşa istinad olunub ki, ziyarət üçün ayrı viza lazımdır. Bununla bağlı müzakirələr gedib və hesab edirəm ki, düzgün qərar qəbul olunub.

Diplomatik, xüsusi və xidməti pasportla ölkələr arasında əlaqələrin genişləndirilməsi, müzakirələrin aparılması üçün işçi səfərləri həyata keçirilir. Başqa səfərlər isə ümumvətəndaş pasportu və xüsusi viza tələbi olan məsələdir”, - komitə sədri əlavə edib.