Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər son oxunuşda təsdiqlənib

29 noy 2024, 12:43
“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər son oxunuşda təsdiqlənib

Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliyi son oxunuşda təsdiqləyib.

Liderxeber.az-ın məlumatına görə, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.

Qeyd olunub ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.

Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.

Bundan başqa, qanuna təklif edilən daha bir dəyişikliklə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.