Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

27 noy 2024, 14:45
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.

Bu barədə Liderxeber.az bankın hesabatına istinadən xəbər verir.

EBRD-nin proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbətinin ötən ildəki 9,9 % qarşı 2024-cü ilin yekunlarına dair 8,5 % təşkil edəcək.

Bank Azərbaycandakı cari makroiqtisadi mühitə toxunaraq qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə yavaşlayıb. Neft-qaz sektoru “mavi yanacağa” olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb. "İnflyasiya Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qalır", - EBRD qeyd edib.

Bildirilir ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək.

"Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır", - hesabatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM artımını 4,2 %, 2025-ci ildə isə 3,5 % səviyyəsində proqnozlaşdırır. Orta illik inflyasiya proqnozu müvafiq olaraq 2,7 % və 4,6 % təşkil edir.

Azərbaycan iqtisadiyyatı 2023-cü ildə 1,1 % artıb, orta illik inflyasiya 8,8 % səviyyəsində olub.