Son Xəbərlər
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

27 noy 2024, 15:12
Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Gələn il Hesablama Palatasının saxlanmasına 11,5 milyon manat vəsaitin ayrılacağı planlaşdırılır.

Liderxeber.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 57 %-i 56 nəzarət tədbirinin keçirilməsi üçündür: "19 %-i 6 yarımillik və 1 illik hesabatın hazırlanması, 8 %-i isə 4 dəfə çap ediləcək dövlət auditi jurnalına, 1 hesabat, 1 məlumatın və 8 xülasənin hazırlanması, daha 7 %-i isə beynəlxalq imicimizin gücləndirilməsi, o cümlədən 2 beynəlxalq layihənin həyata keçirilməsi, 14 işçi qrupunda iştirakımızın və beynəlxalq sertifikatlı əməkdaşlarımızın 20 % artırılması məqsədi ilə, digər 7 %-i isə növbəti illərə rəqəmsal transformasiya və İT auditi üzrə bir sıra fəaliytətlər üçün nəzərdə tutulub".

V. Gülməmmədov qeyd edib ki, bu xərclər hesabına Hesablama Palatasının 197 əməkdaşına əməkhaqqı hesablanır: "Növbəti ildə ölkə başçısı tərəfindən müəyyən edilən “Yaşıl dünya naminə həmrəylik ili”n tələbləri nəzərə alınaraq mətbuat və dəftərxana xərcləri 20 %, alınacaq ləvazimatların sayı 30 %, yanacaq və sürtkü xərcləri isə 5 % azaldılıb".