Son Xəbərlər
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair
“Əl-Ərəbiyyə” Vaşinqton və Tehran arasında imzalanması gözlənilən 14 bəndlik
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı
“Resmi Gazete”də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yay tətilinə çıxmaması
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran

Milli Məclisə yeni avtomobillər alınıb

27 noy 2024, 14:28
Milli Məclisə yeni avtomobillər alınıb

"Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb".

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il üçün xərclər smetası"nın müzakirəsi zamanı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

İşlər müdiri bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına 2024-cü ildə deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib:

"Bundan başqa Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb. Milli Məclisin maşın zalında, avtoparkda iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir".