Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Bu xətlər üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayır

25 noy 2024, 10:43
Bu xətlər üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayır

Bu gündən etibarən Dövlət Başçısının müvafiq sərəncamına əsasən alınan 160 ədəd elektrik mühərrikli avtobuslar fəaliyyət göstərməyə başlayır.

Liderxeber.az xəbər verir ki, COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq BakuBus-ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaqdır.

Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılmışdır. Qaraj sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunmuşdur.

Bu gündən etibarən 1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayır. Bu avtobuslar müasir qarajdan xəttə buraxılır və sərnişinlərə xidmət göstərir.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilmişdir ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunmuşdur.