Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Neçə məktəb təmir edilib?

20 noy 2024, 15:32
Neçə məktəb təmir edilib?

“Bu il işğaldan azad edilmiş ərazilərdə beş məktəb binası istifadəyə verilib”.

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Həmin məktəblər Şuşa 1 saylı, Xocalı 1 saylı, Xankəndi 4 saylı, Laçın rayonu Sus kənd məktəbi və Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına məktəblərdir. Bundan əvvəlki illərdə isə Füzuli şəhəri 1 saylı, Laçın şəhərində 2 saylı, Laçın rayonu Zabux kənd məktəbi, Talış kənd məktəbi və Zəngilan rayon Ağalı kənd məktəbi tikilərək istifadəyə verilib. 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq istifadəyə verilib”, - deyə nazir bildirib.