Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Nazir: MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır

20 noy 2024, 13:08
Nazir: MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır

MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır.

Liderxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə 2025-ci ilin büdcəsində idmana kifayət qədər vəsait ayrılıb:

“Ölkə iqtisadiyyatının maliyyəsini müəyyən prioritetlər istiqamətində qurmalıyıq. Gəlirlərin və xərclərin artımı arasında mütənasibliyi qorumalıyıq. Son illər təxminən ildə 13 %-dək xərc artımına getmişik. İdmana vəsait ayrılır. Dövlət bütün sahələri maliyyələşdirə bilməz. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Bu, dünyanın ən varlı dövlətlərində belə mümkün deyil".

Nazir bildirib ki, dünyadakı iqlim çağırışları və ölkədəki neft resurslarının azalması ilə bağlı qeyri-neft sektoruna diqqət artırılıb:

“Bu sahədə irəliləyişin olması sevindirici haldır. Bu inkişafı qoruyub saxlamalıyıq. Ölkəmizin tarixində builki səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə növbəti il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi 50 % artıb. Bu kifayət qədər qısa müddət ərzində təsirli addımdır”.