Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulub

20 noy 2024, 12:04
Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulub

COP29 çərçivəsində keçirilən “Turizm Günü” tədbiri zamanı Azərbaycan “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi”nə qoşulub.

Liderxeber.az-ın məlumatına görə, Azərbaycanın bu bəyannaməyə qoşulması həm milli, həm də qlobal iqlim məqsədlərinə uyğun olaraq dayanıqlı turizmin inkişafına, potensialın gücləndirilməsinə, resurs və imkanlardan faydalanmağa, eləcə də iqlim risklərinin azaldılmasına yönəlmiş həllərin tətbiqinə dəstək verir.

Azərbaycan, bu bəyannaməyə qoşulmaqla, qarşıdakı 12 ay ərzində iqlim fəaliyyət planları hazırlamağı və nəzərdə tutulan tədbirləri həyata keçirməyi öhdəsinə götürür. Bu prosesdə turizm sahəsində tullantıların ölçülməsi, dekarbonizasiya, regenerasiya, əməkdaşlıq və maliyyələşmə kimi beş əsas istiqamətə üstünlük veriləcək, planın icrası barədə isə hər il ictimai hesabat təqdim ediləcək.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Böyük Britaniyanın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 26-cı Tərəflər Konfransı zamanı qəbul edilən “Turizmdə İqlim Fəaliyyətinə dair Qlazqo Bəyannaməsi” turizm sektorunda iqlim dəyişikliklərinə qarşı mübarizə və bu sahədə ekoloji dayanıqlılığı təmin etmək üçün əlverişli mühit yaratmağı hədəfləyir.