Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

İnger Anderson: Binalarda enerji səmərəliliyinə və iqlimədavamlılığa diqqət yetirilməlidir

20 noy 2024, 11:51
İnger Anderson: Binalarda enerji səmərəliliyinə və iqlimədavamlılığa diqqət yetirilməlidir

Binalarda enerji səmərəliliyinə və iqlimədavamlılığa diqqət yetirilməlidir.

Liderxeber.az xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Anderson COP29 çərçivəsində "Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq" mövzusunda keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, dünya əhalisinin 75 %-i şəhər aqlomerasiyalarında yaşayacağı bir dünyaya doğru getdiyi üçün çox vacib mövzudur:

"Hazırda iqlim trayektoriyamız səhv istiqamətdə gedir. 2023-cü ildə istixana qazı emissiyaları azalmadı, əksinə 1,3 % artdı. Bu, onu birbaşa aşağı istiqamətə yönəltməli olduğumuz bir zamanda baş verir. İndi 2030-cu ilin sonuna doğru getdiyimiz bir vaxtda başa düşməliyik ki, 1,5 dərəcədən aşağı qalmaq üçün indidən 2030-cu ilə qədər emissiyalarımızı 41 % azaltmalıyıq. Əgər 2 dərəcəyə nail olmaq istəyiriksə, onda 28 % azaltmalıyıq".

İ.Anderson bildirib ki, atmosferə ildə 57 giqaton buraxılır və 1,5 dərəcəni keçməmək üçün 200 giqaton qalıb:

"Beləliklə, qarşımızda duran vəzifə edə biləcəyimiz hər bir tədbiri görməkdir. Burada tikinti və inşaat sektoru çox vacibdir, çünki bu, istixana qazı emissiyalarının 21 %-ni təşkil edir. Bunların üçdə ikisi mövcud olduğumuz yaşayış sektorunda baş verir. Beləliklə, görüləsi işimiz var. Mövcud mənzil və infrastruktur ehtiyatını, onları daha iqlimə uyğun və az emissiyalı etmək üçün yenidən qurulması haqqında düşünməliyik".