Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“1300 bələdiyyənin pensiya fonduna 8 milyon borcu var”

19 noy 2024, 15:31
“1300 bələdiyyənin pensiya fonduna 8 milyon borcu var”

“Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitdə ötən illə müqayisədə 1 milyon manat artım var. Bu, təqdirəlayiqdir”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Düşünürəm ki, gələcəkdə bunu yenidən artırmaq mümkün olacaq. Lakin bir problem var. Bələdiyyələrin sayının azaldılması ilə bağlı qərar qəbul etdik. Noyabrın sonunda bələdiyyə seçkiləri elan ediləcək. 1606 bələdiyyədən say 685-ə düşdü. Yəni, bələdiyyələr birləşdi. Lakin təəssüf ki, 1300 bələdiyyənin pensiya fonduna 8 milyon borcu var. Onların hesabı bağlıdır. Onlar bu borcu yeni bələdiyyələrə gətirir. Hesab edirəm ki, həmin bələdiyyələrin hesablarına baxmaq lazımdır”, - deyə S.Novruzov bildirib.