Son Xəbərlər
"Halal" sertifikatlaşdırmanın Azərbaycanın bütün bölgələrini əhatə
Prezident İlham Əliyev akı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma
Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də
Suriyadakı əsədlər hakimiyyəti yarıməsrdən artıq keçmiş SSRİ və onun varisi
İran Suriyanın paytaxtı Dəməşqdə səfirliyin fəaliyyətini bərpa etmək üçün
Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan millisinin və
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan
banner

Təhsil müəssisələrinə istilik daha tez verilsin - Təklif - Yenilənib

19 noy 2024, 14:49
Təhsil müəssisələrinə istilik daha tez verilsin - Təklif - Yenilənib

“Məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac var”.

Liderxeber.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələr soyuq olur. Bu isə uşaqlar arasında xəstəliyin artmasına, eyni zamanda şagirdlərin məktəblərdən yayınmasına səbəb olur.

Bunları nəzərə alaraq, həmin uşaq müəssisələrində qış və yay mövsümünə keçidin 15 noyabr -15 aprel tarixləri üzrə deyil, havanın temperaturuna uyğun tətbiq edilməsi və bu məqsədlə qış mövsümündə məktəblərin isidilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var”, - deyə S.Əliyeva bildirib.

***

S.Əliyeva əlvə edib ki, uşaq bağçalarında qida normaları müasir standartlara uyğun olmalıdır.

***

Ombudsman, eyni zamanda regionlarda hələ də qəzalı vəziyyətdə olan məktəblərin, uşaq bağçaları və körpələr evlərinin yenidən qurulması və ya əsaslı təmir edilməsi üzrə fəaliyyətin genişləndirilməsini təklif edib:

“Həmçinin dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin genişləndirilməsinə ehtiyac var”.