Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Sabah hava necə olacaq?

19 noy 2024, 12:12
Sabah hava necə olacaq?

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.