Son Xəbərlər
"Bitcoin" dəyəri tarixi maksimumu yeniləyərək 97 000 dolları (164.9
İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır.
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə
Şotlandiya Parlamentində "COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş noyabrın 21-də
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə çağırış
Orta Dəhliz Avropadan Asiyaya standart marşrutlara sərfəli alternativdir. Bu
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının
AFFA İcraiyyə Komitəsi dekabr ayında yığılıb qalmış bəzi məsələləri müzakirə
Türkiyəli iş adamı Acun Ilıcalı barədə istintaq başladılıb. Liderxeber.az
banner

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır

18 noy 2024, 11:55
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 7 milyard 676,4 milyon manat təşkil edəcəyi gözlənilir.

Liderxeber.az xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,45 % çoxdur.

DSMF-nin gəlirlərinin 7 milyard 617,4 milyon manatı onun büdcə gəlirləri (13,3 % çox), 59 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (74 % az) hesabına formalaşdırılmalıdır.

Büdcə gəlirlərinin strukturundə əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9,5 % çox - 5 milyard 997,4 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1 % artaraq 1 milyard 791,5 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 7,1 % artaraq 244,3 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 17 % artaraq 3 milyard 961,6 milyon manat təşkil etməlidir.

Bundan başqa, DSMF-nin büdcə gəlirlərinin digər tərkib hissələri olan sair gəlirlərin 57,5 % artaraq 20 milyon manata (o cümlədən sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların 8,3 % artaraq 2,6 milyon manat), Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcəyi gözlənilir.

2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10,45% çox - 7 milyard 676,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Xərclərin strukturundə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10,5 % çox - 7 milyard 408,9 milyon manat olacağı gözlənilir. O cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10,5 % artaraq 7 milyard 210,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9,25 % çox – 198,4 milyon manat təşkil etməlidir.

Bundan başqa, Fondun xərclərinin digər tərkib hissələri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclərin 2 % artaraq 25 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərclərinin 10,8 % artaraq 87 milyon manat, qurumun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 10,6 % artaraq 149,4 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinin dəyişməyərək 0,1 milyon manat, sair xərclər isə 17,65 % artaraq 6 milyon manat olacağı gözlənilir.