Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

15 noy 2024, 08:42
BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib.

Liderxeber.az-ın ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.

Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb.

Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb.

Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb.

Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.