Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

ICESCO-nun baş direktoru: "COP29-da əldə olunacaq nəticələr planetimizin qorunmasına xidmət edəcək"

13 noy 2024, 17:08
ICESCO-nun baş direktoru: "COP29-da əldə olunacaq nəticələr planetimizin qorunmasına xidmət edəcək"

"Azərbaycan Hökumətinin təşkil etdiyi COP29 tədbiri çox uğurludur və sonadək belə uğurla davam edəcək. Təşkilatçılıq və idarəetmə heyrətamizdir.

Deyə bilərəm ki, bu mənim indiyədək iştirak etdiyim COP-lar arasında ən yaxşısıdır".

Bunu Liderxeber.az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəni İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik deyib.

O əlavə edib ki, müxtəlif ölkələrin tədbirləri, təşkilatların təşəbbüsləri, plenar iclaslar mütəşəkkil keçir və bu da COP29-un əhəmiyyətli nəticələr əldə edəcəyinə inamı möhkəmləndirir:

"COP29-da əldə ediləcək nəticələr ətraf mühitin, planetimizin qorunmasına və bunun üçün gərəkli olan bütün alətlərin müəyyənləşməsinə xidmət edəcək. Həmçinin, ölkələr arasında dostluq, su ehtiyatlarının idarəedilməsi, biomüxtəlifliyin qorunması və ən əsası - sülh bu amalda böyük rol oynayacaq".

ICESCO-nun Azərbaycanla əməkdaşlıq perspektivinə gəlincə isə Salim bin Məhəmməd Əl-Malik qeyd edib ki, ölkəmiz üzvü olduğu qurumun bir çox təşəbbüslərinə güclü dəstək verir:

"2023-24-cü illər ərzində bizim Azərbaycanla bir çox uğurlu birgə fəaliyyətlərimiz olub. Həmçinin, Şuşa 2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı seçildi. Əlavə olaraq deyə bilərəm ki, biz bundan sonra da bir çox işlərdə Azərbaycanla birlikdə olacağıq. Mən Azərbaycanın Prezidenti İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya əməkdaşlığa görə dərindən təşəkkürümü bildirmək istəyirəm".