Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“Bakıda yerüstü relsli nəqliyyat ola bilər”

13 noy 2024, 13:12
“Bakıda yerüstü relsli nəqliyyat ola bilər”

“Hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyat üçün müvafiq yerin nəzərdə tutulması ilə bağlıdır. Bunun üçün konkret küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili ilə bağlı işlər görülür”.

Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri bildirib ki, bu gün Bakıda istifadə edilən əsas yerüstü ictimai nəqliyyat növü avtobusdur: “Hazırda avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə bu yerüstü relsli nəqliyyat da ola bilər, düşünürəm ki, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək”.

A.Quliyev, həmçinin əlavə edib ki, Bakının Baş Planı keçən il təsdiq olunub və 2040-cı ilə  qədər şəhərin inkişaf proqramını nəzərdə tutur. Artıq ilin əvvəlindən bununla bağlı bir sıra transformasiya layihələri icra olunub.