Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

COP29 ərəfəsində bölgələrdən Bakıya gələnlərin nəzərinə – İstiqamətlər dəyişdirildi

11 noy 2024, 09:43
COP29 ərəfəsində bölgələrdən Bakıya gələnlərin nəzərinə – İstiqamətlər dəyişdirildi

Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.

Liderxeber.az xəbər verir ki, COP29-un keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq edilib.

COP29 günlərdə Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər aşağıdakı şəkildə yönləndirilir:

- Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər;

- Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar "Şamaxinka" ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar;

- Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq;

- Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq;

- Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar.

Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.

Qeyd edək ki, bu gündən COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabr tarixlərində Bakının bir sıra küçə və prospektlərində məhdudiyyət tətbiq edilib.

Xatırladaq ki, COP29 tədbiri noyabrın 11-dən 22-nə kimi olan dövrü əhatə edəcək.