Son Xəbərlər
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli
"İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə
İspaniyanın "Mundo" qəzeti amerikalı sahibkar İlon Maskı XXI əsrin
“Caspian Energy Club” bu ilin iyun ayından etibarən Azərbaycan Respublikası
Nazirlər Kabineti sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan
Bu gün Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş
İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus
Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin əziz
Ombudsman Aparatında təyyarə qəzasında həyatını itirmiş şəxslərin xatirəsi yad
banner

Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 30 %-dən çox artıb

08 noy 2024, 10:58
Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 30 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan hava nəqliyyatı ilə 41 ölkəyə 2 milyon 829 min 977 nəfər səfər edib.

Liderxeber.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %)  661 min 472 sərnişin (30,5 %) çoxdur.

On ayda Azərbaycandan ən çox sərnişin 778 min 464 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 26,9 % çoxdur. Türkiyəyə 740 min 651 nəfər (+ 16,1 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 336 min 041 nəfər (+38,1 %) Azərbaycandan sərnişin səfər edib.

Siyahıda daha sonra 167 872 sərnişinlə (+ 37,1 %) Gürcüstan, 97 790 sərnişinlə (+ 8,4 %) Səudiyyə Ərəbistan, 88 345sərnişinlə (+ 4,2 dəfə) Hindistan, 79 878 sərnişinlə (+25,9 %) Qazaxıstan, 53 132 sərnişinlə (+ 92,7 %) İtaliya, 51 879 sərnişinlə (+ 94 %) Qətər və 42 240 sərnişinlə (- 20%) Özbəkistan qərarlaşıb.

İlk onluğa Hindistan, Qətər və İtaliyanın daxil olması ilə İsrail (41 071 sərnişin, +4,9 %), Küveyt (41 028 sərnişin, + 19,6 %) və Almaniya (34 263 sərnişin, + 15,6 %) TOP10-dan çıxıb.

Təkcə oktyabrda isə Azərbaycandan hava nəqliyyatı ilə 281 min 80 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 22,6 % çoxdur.

O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 23,4 % artaraq 83 min 888 nəfər olub.