Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Ordubadda ağacəkmə aksiyası davam edir

08 noy 2024, 07:00
Ordubadda ağacəkmə aksiyası davam edir

Ordubad rayonunda "Yaşıl Dünya Naminə Həmrəylik İli" və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirildi.
 
Liderxeber.az xəbər verir ki, 07 noyabr 2024-cü il tarixdə Ordubad rayonunda   "Yaşıl Dünya Naminə Həmrəylik İli" və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası gerçəkləşib.
 
Tədbir Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Ağacəkmə aksiyasında Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonunu təmsil edən deputatları, İcra Hakimiyyətinin əməkdaşları, Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
 
İştirakçılar təyin olunan ərazidə Ordubad rayonu üzrə şəhidlərin sayına uyğun olaraq 62 ədəd çinar ağacı əkiblər. Qeyd edək ki, hər bir ağacın qarşısında şəhidlərin bioqrafiyalarını əks etdirən QR kodlar yerləşdirilib. Əkilən ağaclar suvarıldıqdan sonra onlara xüsusi aqrotexniki qulluq göstərilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli aksiyada iştirak edən şəhid ailələri, qazi və müharibə iştirakçıları ilə şəxsən görüşərək təşkil edilən tədbirin mahiyyəti və önəmi haqqında onları məlumatlandırıb. 
 
Qeyd edək ki, keçirilən aksiyanın əsas hədəfi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, eləcə də noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirləri və “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə  ölkəmizin ekoloji mühitinə töhfə verməkdir.