Son Xəbərlər
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xıllı qəsəbəsinin sakinləri ilə
Misli Premyer Liqasında bazar dəyəri ən yüksək olan futbolçuların siyahısı
Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax,
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı
"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti
İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri
Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki
Azərbaycanda 512 hərbi qulluqçu Bakı və Sumqayıt şəhərlərində tam təmirli
banner

Qeyri-iş günlərində və COP29 ərəfəsində banklar necə fəaliyyət göstərəcək?

07 noy 2024, 10:43
Qeyri-iş günlərində və COP29 ərəfəsində banklar necə fəaliyyət göstərəcək?

Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş 8-13 noyabr 2024-cü il tarixlərində bankların və "Azərpoçt" MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, qeyd olunan qeyri-iş günlərində əhalinin və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.

Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.

Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

Banklar

"Azәrpoçt" MMC

Valyuta mübadilə məntəqələri

Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaq.