Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb

07 noy 2024, 09:50
Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

Liderxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qonaqları Füzuli Hava Limanında Azərbaycan Prezidentinin Ağdam, Füzuli, Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Din və hökumət nümayəndələri səfər çərçivəsində Füzuli, Ağdam, Xocalı, Əskəran, Xankəndi və Şuşada işğal dövründə erməni vandalizminə məruz qalan abidələrin dağıntıları ilə tanış olacaqlar. Onlar məscid və ziyarətgahlara baş çəkəcək, azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılacaqlar.

Bildirilib ki, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın Ağdam məscidində azan verməsi, ziyarətçilərin camaat namazı nəzərdə tutulur. Bu, Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə qılınacaq camaat namazıdır.