Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

06 noy 2024, 15:14
COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, Bakıda keçirilən bütün irimiqyaslı tədbirlərdə olduğu kimi, COP29 zamanı da Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək. Metronun paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, COP29-un xüsusiyyətləri nəzərə alınmaqla, hazırlıqlar başa çatdırılıb.

Qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək. Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimlənmə mexanizmləri qurulub.

Əməliyyat planına uyğun olaraq, Bakı metropolitenində COP29 dövründə adi iş günlərində olan məsul növbətçilik qaydaları qüvvədə saxlanılmaqla əlavə tədbirlər müəyyən edilib. Əsas nəzarət sahələri və zonaları, digər qurumlarla əlaqələndirmə və aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsi, birgə fəaliyyətin qurulması qaydaları və məsul şəxslər qeyd olunub.

Burada həm metropoliten, həm də stansiya üzrə mərkəzləşdirilmiş fəaliyyətin təmin edilməsi məqsədilə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər qurumlarla sıx əlaqəli işlər aparılaraq, müvafiq şərait yaradılıb. Həmçinin "Bakı Metropoliteni" QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub.

Ümumilikdə, bütün işçi qrupların fəaliyyətinin "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasından idarə edilməsi istiqamətində təşkilati və texniki təchizat işləri yekunlaşdırılıb.