Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycanda "Yolüstü" mobil tətbiqi istifadəyə verilib

06 noy 2024, 09:59
Azərbaycanda "Yolüstü" mobil tətbiqi istifadəyə verilib

Azərbaycanda sərnişinlər və sürücüləri bir araya gətirən yeni "Yolüstü" mobil platforma istifadəyə verilib. "Yolüstü" mobil tətbiq həm sürücülərə, həm də sərnişinlərə fayda verir. Bu tətbiq sürücü ilə sərnişin arasında bir vasitə yaradır. Burada həm sürücü, həm də sərnişin qazanır. Sürücü ona görə qazanır ki, boş getdiyi maşında sərnişin aparır. Sərnişin də ona görə qazanır ki, avtobus qiymətinə komfortlu maşında gedir.

"Yolüstü" tətbiqi necə işləyir?

"Yolüstü" tətbiqinin iş prinsipi sadədir. Tətbiqi mobil cihazlara yüklədikdən sonra sürücülər elan yerləşdirirlər və hansı istiqamətə gedəcəklərini bildirirlər. Sürücünün avtomobilinə dair məlumatlar, o cümlədən, boş yerlər haqqında da məlumat verilir. Sərnişinlər isə mövcud olan boş yerləri görərək, öz istədikləri yeri əvvəlcədən bron edə bilərlər. Sürücü isə bron edilmiş yerləri təsdiq edərək digər istifadəçilərin həmin yerlərə sorğu göndərməsinin qarşısını alır. Tətbiqi yükləmək tamamilə pulsuzdur və qeydiyyatdan keçən hər bir sürücüyə 20 manat məbləğində bonus təklif olunur. Xüsusilə, bayram günlərində regionlara getmək istəyənlər bu tətbiqi yükləyə bilərlər. Sərnişinlər həm ucuz qiymətə, həm də tez rayonlara çata bilərlər, sürücülər isə əlavə gəlir qazana bilərlər.

Bir sözlə, bu yenilik bütün tərəflərə xeyir verir. Yükləyin və daha az büdcə ilə səfər edin.

https://play.google.com/store/apps/details?id=com.yolustu.yolustu

https://apps.apple.com/az/app/yolustu/id6478705942