Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər

04 noy 2024, 17:06
XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər

Azərbaycan hökuməti COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) elektron viza sistemi vasitəsilə müraciət edilə bilən "COP29 Xüsusi Viza" təqdim edib.

Liderxeber.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"COP29 Xüsusi Viza"sını iştirakçılara göndərilən UNFCCC qeydiyyat təsdiq məktubundakı link və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar. Sonuncu halda qeydiyyat məktubu səfər üçün əsas təsdiqedici sənəd kimi qəbul ediləcək”, - məlumatda bildirilib.

"COP29 Xüsusi Viza"sı sahibinə Azərbaycan Respublikası ərazisinə birdəfəlik giriş və ölkə ərazisində 30 günədək qalmaq hüququ verir.

Ölkəni tərk etmək və Azərbaycana yenidən qayıtmaq lazım gəldikdə ilk vizanın alındığı UNFCCC qeydiyyat nömrəsindən istifadə edərək viza üçün təkrar müraciət edilməlidir.

"COP29 Xüsusi Viza"sı rəsmi portal vasitəsilə onlayn müraciətdən və ya Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına müraciətdən sonra üç iş günü ərzində veriləcək", - XİN-dən bildirilib.

COP29 iştirakçılarına UNFCCC tərəfindən qeydiyyatın təsdiqlənməsindən dərhal sonra viza üçün müraciət etmək tövsiyə olunur.