Son Xəbərlər
COP29 çərçivəsində “AzərEnerji” ASC, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 15-də Azərbaycan
Noyabrın 17-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında bəzi
Mütəxəssis hansı qidaların böyrəklər üçün daha çox təhlükə törətdiyini
Kiçik Ada Dövlətləri Alyansı (AOSIS) və Ən Az İnkişaf Etmiş Ölkələr Qrupu
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cinayət işləri üzrə şəxsi vəkili
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə
Prezident İlham Əliyev "Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının
Bu gün Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri
banner

Noyabrın 3-dən hava dəyişəcək, temperatur 7-10 dərəcə enəcək - Xəbərdarlıq

01 noy 2024, 17:40
Noyabrın 3-dən hava dəyişəcək, temperatur 7-10 dərəcə enəcək - Xəbərdarlıq

Azərbaycanda noyabrın 3-ü günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi, 4-ü axşamadək qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir.

Liderxeber.az xəbər verir ki, bunu Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

G.Abbasova qeyd edib ki, havanın temperaturunun ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

O bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 3-ü axşamdan 4-ü gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var.

“Noyabrın 3-ü axşam şimal və qərb rayonlarından başlayaraq 4-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”,- Xidmət rəsmisi vurğulayıb.