Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub

01 noy 2024, 09:01
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub

Azərbaycanda 11-22 noyabr tarixlərində keçiriləcək COP29 sammitində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub.

Bu barədə Liderxeber.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir.

Qeyd olunub ki, 20-dən çox departament, agentlik və təşkilatdan olan yüksək vəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Belə ki, rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətində işləmək üçün Bakıya səfər edəcəklər.

Məlumata əsasən nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins və digərləri daxildir.

Həmçinin nümayəndə heyəti tərkibində iqlim dəyişikliyi, silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Bakıya səfər edəcəklər.