Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Sürüşmə baş verən Bakı Kənar Dairəvi avtomobil yolunda son vəziyyət

29 okt 2024, 10:09
Sürüşmə baş verən Bakı Kənar Dairəvi avtomobil yolunda son vəziyyət

"Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfində baş verən sürüşmə nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib".

Liderxeber.az xəbər verir ki, bu açıqlamanı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev sorğuya cavab verib.

O qeyd edib ki, sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri görülür.

"Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib", - deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, hadisə dünən saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.