Son Xəbərlər
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı

Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası təşkil edib - FOTOLAR

08 okt 2024, 14:34
Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası təşkil edib - FOTOLAR

Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə qanvermə aksiyasına start verilib. 
Liderxeber.az xəbər verir ki, iki gün davam edəcək qanvermə aksiyası STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil edilib. Artıq ənənə halını alan bu nəcib aksiyanın ilk günü STM-nin direktoru Elnur Azadxanov, direktor müavinləri, struktur bölmə rəhbərləri də daxil olmaqla könüllü olaraq qatılan 100-dən çox əməkdaşı qan veriblər.
Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülür.
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, aksiya sabah yekunlaşacaq.