Son Xəbərlər
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı

Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

08 okt 2024, 12:49
Şuşada “Türktransp­lant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.

Liderxeber.az xəbər verir ki, mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.

Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.

12:02

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr “Türk Transp­lant” qu­ru­mu­ yaradır.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.

Onun sözlərinə görə, toplantıda səhiyyə sahəsində münasibətlərin dərinləşməsinə və gələcək birgə fəaliyyətlərin inkişafına təkan verəcək ikitərəfli sənədlər, həmçinin "Türk Transplant" sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanacaq: "TDT-yə üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik”.

T.Musayev bildirib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi TDT çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir: "Düşünürük ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar çoxdur".

Nazir həmçinin ortaq türk əlifbasının yaradılmasını da TDT-yə üzv ölkələr arasında əlaqələr üçün mühüm addım kimi qiymətləndirib.