Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma

COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək

07 okt 2024, 16:06
COP29 konfrans məkanında ibadət otaqları təşkil ediləcək

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) konfrans məkanında kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, kişilər və qadınlar üçün sakit və əlçatan yerlərdə, sanitar qovşaqları yaxınlığında ibadət xalçası ilə təmin olunmuş iki meditasiya/ibadət otağı olacaq.

Bundan başqa, əsas giriş zonasında (təhlükəsizlik yoxlamasından sonra və vəsiqə yoxlama məntəqəsindən əvvəl) uşaqlar üçün dəyişmə masası, iki rahat kreslo, kiçik soyuducu və gigiyenik zibilqabı ilə təmin olunmuş körpə baxım otağı olacaq.

Həmçinin açıq havada mühafizə perimetri daxilində siqaret çəkmək üçün külqabılarla təmin olunmuş dörd məntəqənin yaradılması nəzərdə tutulur.