Son Xəbərlər
Los-Ancelesdə yanğınların söndürülməsində iştirak edən təyyarə dronla
Müasir iş dünyasında maliyyə sisteminin, mühasibatlığın və vergi
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva
AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlanır.
Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb.
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2023-cü
banner

Seymur Orucov Ağstafada vətəndaşların növbəti səyyar qəbulunu keçirib 

21 iyn 2024, 11:02
Seymur Orucov Ağstafada vətəndaşların növbəti səyyar qəbulunu keçirib 

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulları davam etdirilir.

Liderxeber.az xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Ağstafa RİH başçısının Ağstafa şəhəri, 3 nömrəli tam orta məktəb binasının akt zalında keçirtdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.

RİH başçısı çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən güclü dövlətinə çevrilmiş, eyni zamanda, təmsil olunduğu beynəlxalq aləmdə prinsipial mövqe ilə ölkəmizin nüfuzu daha da yüksəlməkdədir. Yerlərdə mütəmadi olaraq təşkil olunan səyyar qəbulların başlıca məqsədi vətəndaş məmnunluğunu artırmaq, əhalinin sosial rifahının yaxşılaşdırılmasından ibarətdir. Vətəndaşlar həmçinin “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadıqları ünvanları tərk etmədən rahat şəkildə Ağstafa Rayon İcra Hakimiyyətinə müraciətlərini ünvanlaya bilərlər.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.