Son Xəbərlər
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə

FHN rəsmisi: Xətaidəki yanğın boya çənləri, qatqı maddələri və plastik qablarda baş verib

27 sen 2024, 15:51
FHN rəsmisi: Xətaidəki yanğın boya çənləri, qatqı maddələri və plastik qablarda baş verib

Xətai rayonundakı yanğın boya sexindəki çənlər, qatqı maddələri və plastik qablarda baş verib.

Liderxeber.az xəbər verir ki, bunu hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün saat 13:32-də FHN-in 112 telefon qaynar xəttinə Süleyman Əhmədov küçəsində boya sexində yanğın baş verməsi barədə məlumat daxil olub: "Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidməti, eləcə də Xüsusi Xilasetmə Qüvvələri cəlb olunub. Təxmini 3500 kvadratmetr ərazidə boya çənləri, qatqı maddələri, həmçinin plastik qablarda yanğın hadisəsi baş verib. Yanğın qısa zamanda məhdudlaşdırılıb".

Qeyd olunub ki, hadisə yerinə 12 yanğınsöndürən texnika cəlb olunub.